FÁYNAVON (Finavon) – Şotlandiyada Oberlemno yaxınlığında, Esk çayı sahilindә Erkәn Dәmir dövrünә, romayaqәdәrki vә Roma dövrlәrinә aid möhkәmlәndirilmiş mәskәn. Şәhәr yerindә divarı olan içqala (hünd. tәqr. 4 m, eni 6 m, perimetri 300 m) var. Divar kobud işlәnmiş qumdaşı bloklarından hörülmüşdür. İçqaladan c.-dakı sәki dә daş sәdlә әhatәlәnmişdir. Dördkünc planlı, ocaqları olan kiçik evlәr divara bitişirdi. Müdafiә divarından c.-dakı sahәdә tәsәrrüfat tikililәri yerlәşirdi. Buradan keramika mәmulatları, tökmә qәliblәri, iy halqası tapılmış, lakin heç bir qab-qacaq aşkar edilmәmişdir. Yaşayış mәskәninin möhkәmlәndirilmiş әrazisinin bir hissәsi malqara (qaramal, qoyun, donuz) üçün ağıl kimi istifadә olunmuşdur. Tapıntılar arasında kelt tipli kirkirәlәr dә vardır.