FAYNŞTÉYN (alm. Feinstein – hәrfi mәnada: tәmiz daş) – sulfidli filizlәrdәn mis vә nikelin istehsalı zamanı alınan aralıq mәhsul (tәrkibindә 3%-dәn az Fe olur). Şteynlәrin bessemerlәnmәsi (konverterlәnmәsi) zamanı alınır. Kimyәvi tәrkibinә görә mis (Cu2S, a ğ m a t t), nikel (Ni3S2) vә mis-nikel (Cu2S, Ni3S2) növlәrinә ayrılır. Əlvan (o cümlәdәn nәcib) metalların alınması üçün F. müxtәlif üsullarla (flotasiya, avtoklavla yuyulub çıxardılma vә s.) emal edilir.