FAYR (FİRE) Endryu Zaxari (d. 27.4. 1959, Kaliforniya ştatı, Palo-Alto) – Amerika molekulyar genetiki. Nobel mükafatı laureatı (2006; Mello ilә birgә). ABŞ Milli EA-nın üzvü (2004 ildәn). Kaliforniya Un-tini bitirmişdir (1978, Berkli), doktorluq dәrәcәsini Massaçusets Texnologiya İn-tunda almışdır (1983). Baltımordakı Karnegi İn-tunda işlәmişdir (1986–2003); 1989 ildәn C.Hopkins untinin, 2003 ildәn Stanford un-tinin prof.-udur. RNT – interferensiya hadisәsini – RNT-nin iki cütlәşmiş komplementar zәncirinin nukleotid ardıcıllığına homoloji olan genin ekspressiyasının fәaliyyәtinin sırf spesifik yatırılmasını kәşf etmişdir (K.Mello ilә birlikdә).