FAZA KEÇİDİ İSTİLİYİ – izobarik-izotermik tarazlıq şәraitindә maddәnin bir fazadan digәrinә keçidi üçün (I növ faza keçidlәrindә qaynama, әrimә, kristallaşma, polimorf çevrilmәlәr vә s.) maddәyә verilәn vә ya ondan alınan zәruri istilik miqdarı. II növ faza keçidlәri üçün F.k.i.-nin qiymәti sıfra bәrabәrdir. Verilmiş tәzyiqdә tarazlıqlı faza keçidi sabit temp-rda – faza keçidi temp-runda baş verir. F.k.i.-nin qiymәti faza keçidi temp-ru ilә keçidin baş verdiyi fazaların entropiyaları fәrqinin hasilinә bәrabәrdir. Verilmiş maddәnin 1 kq vә ya 1 mol.-una uyğun olaraq, xüsusi vә molyar F.k.i. anlayışları daxil edilir (bax Buxarlanma istiliyi, Ərimә istiliyi, Polimorf çevrilmә istiliyi).