FÁZA TƏNZİMLƏYİCİSİ – asinxron faza maşını şәklindә olan tormozlanmış rotorlu (elektrik transformatoru kimi işlәyir) qurğu. F.t. çıxışdakı (rotorun yükә qoşulmuş vә transformatorun ikinci dolağı rolunu oynayan dolağındakı) gәrginliyin fazasını girişdәki (statorun dolağındakı – birinci dolaqdakı) gәrginliyә nisbәtәn sәlis dәyişmәk üçündür. Bu dәyişiklik mexaniki vasitә (mәs., sonsuz vint mexanizmi) ilә rotoru statora nәzәrәn döndәrmәklә alınır. F.t. gәrginliklәr arasındakı fazalar sürüşmәsini 0°-dәn 360°-yәdәk dәyişdirmәyә imkan verir. Gücü onlarla kV·A-ә qәdәrdir.