FAZİL İRƏVANİ (Ayәtullahül-üzma Molla Mәhәmmәd ibn Mәhәmmәd Baqir; 1817, İrәvan – 9.11.1888, İraq, Nәcәf) – Azәrb. alimi. İbtidai tәhsil aldıqdan sonra 14 yaşında Kәrbәlaya getmiş, 4 il orada oxumuşdur. Sonra Nәcәfә köçmüş, Şeyx Hәsәn Kaşifülğita, Şeyx Mәhәmmәdhәsәn İsfәhani vә Mürtәza Ənsaridәn dәrs almışdır. İctihad şәhadәtnamәsini aldıqdan sonra dәrs demәyә başlamış, Seyid Əli Kuhkәmәrinin vәfatından (1882) sonra mәrcә әttәqlid kimi mәşhurlaşmışdır. Hindistan, İran, Türkiyә, Qafqaz vә Rusiya müsәlmanları arasında geniş şöhrәt qazanmış, çoxlu ardıcılları olmuşdur. Şimali vә Cәnubi Azәrb.-dan İraqa gedәn tәlәbәlәrin çoxu F.İ.-dәn dәrs almışdır (Şeyx İbrahim Lәnkәrani, Ayәtullah Əbülqasim Ordubadi, Ayәtullah Mәhәmmәdәli Naxçıvani, Şeyx Mәhәmmәd İbrahim Salyani vә b.). Dini elmlәrlә yanaşı, dünyәvi elmlәrә (xüsusilә riyaziyyat vә tarix) dә bәlәd olmuş F.İ. “Üsulül-fiqh”, “İstishab”, “Əsalәtül-bәraә” vә s. kitabların, bir sıra mәşhur әsәrlәrә haşiyәlәrin müәllifidir. Vәsiyyәtinә әsasәn özünün adını daşıyan İrәvani mәdrәsәsindә (Nәcәf) dәfn olunmuşdur.
Əd.: Rәhimov N. Azәrbaycanın din alimlәri. B., 2014