FAZÓMETR (faza+...metr), faza ölçәn – sәnaye tezlikli dәyişәn cәrәyan elektrik dövrәlәrindә gәrginlik vә cәrәyan arasındakı fazaların sürüşmә bucağının kosinusunu (vә ya güc әmsalını), hәmçinin elektrik rәqslәrinin faza fәrqini ölçmәk üçün cihaz. Analoq vә rәqәmli, elektromexaniki (elektrodinamik, ferrodinamik, elektromaqnit, induksiya) vә elektron F.-lәr tәtbiq olunur. Bütün F.-lәrdә (elektron F.-indәn başqa) ölçmә mexanizmi kimi müvafiq sistemli loqometrdәn istifadә edilir. Bir vә üçfazalı, lövhәli vә laboratoriya (daşınan) F. növlәri var. Cosφ-nin qiymәtlәrinә vә dәrәcәlәrә görә bölgülәrә ayrılmış şkalalara malik olur. Rәqәmli elektron -lәr geniş tezlik diapazonunda iki gәrginlik arasında faza sürüşmәlәrini ölçmәk üçündür. Elektromexaniki F.-in ölçmә xәtası 1–3°, elektron F.-in isә 0,1°-yәdәkdir.