FAZOTRÓN (faza + …tron; sinxron siklotron) – ağır yüklü hissәciklәrin (protonlar, ionlar) dövri rezonans güclәndiricisi. F.-da zәrrәciklәr yüksәktezlikli elektrik sahәsinin tәsiri ilә sürәtlәnәrәk zaman әrzindә sabit olan maqnit sahәsindә spiralşәkilli trayektoriya üzrә hәrәkәt edir. F.-un konstruksiyası siklotrona analojidir, lakin ondan fәrqli olaraq F.-da sürәtlәndirici sahәnin tezliyi sürәtlәndirmә prosesindә hissәciklәrin fırlanma tezliyinin azalmasına uyğun olaraq azalır. 1940 –50-ci illәrdә ilk F.-ların quraşdırılması klassik siklotronlara nisbәtәn daha çox hissәciklәr enerjisi almağa imkan verdi. F. dövri işlәdiyindәn ondakı sürәtlәndirilmiş hissәciklәrin orta cәrәyanı siklotrona nisbәtәn 100 dәfә azdır. Fasilәsiz iş rejimindә hәmin enerjini tәmin edәn izoxron siklotronların yaradılması ilә F.-ların quraşdırılması sona çatdı. 21 әsrin әvvәllәrindәn kiçikölçülü F.-lardan radiasiya terapiyasında istifаdә imkanları tәdqiq olunur.