FEDERAL MÜHARİBƏ (1859–63) – Venesuelada mühafizәkar vә liberal siyasi qruplaşmalar arasında vәtәndaş müharibәsi, Latın Amerikasının 19 әsr tarixindә әn qanlı münaqişәlәrdәn biri. 1859 ilin fevralında mühafizәkarların lideri X.A.Paesin çoxillik hakimiyyәtindәn narazı qalan liberal-federalistlәr E.Samoranın başçılığı ilә ölkәnin şm.-q.-indә üsyan qaldırdılar. Ehtiyacı olanlara torpaq vәd edәn liberalların tәrәfindә geniş kәndli kütlәlәri çıxış edirdi. Xalqın dәstәyi sayәsindә liberallar 1859 ilin sentyabrında vә dekabrında mühafizәkarları mәğlubiyyәtә uğradaraq ümumi qәlәbә qazandılar. 1864 ildә yeni konstitusiya qәbul edildi, ölkә Venesuela Birlәşmiş Ştatları adlandırıldı.