FEDERALİZM (fr. federalisme, lat. foedus – ittifaq, müqavilә sözündәn) – dövlәtin әrazi tәşkilinin prinsipi (üsulu); federasiya subyektlәrinin öz aralarında vә dövlәt hakimiyyәtinin federal orqanları ilә qarşılıqlı münasibәtlәrinin xarakterindә ifadә olunur. F. ayrı-ayrı subyektlәri vahid, bütöv federativ dövlәtdә birlәşdirir. Bax Federasiya.