FEDERÁSİYA (lat. federatio, hәrfәn –birlik, ittifaq) – tәrkib hissәlәri nisbәtәn müstәqil dövlәti qurumlar (ştatlar, federal әrazilәr, kantonlar vә s.) olan dövlәt. Konfederasiyadan (dövlәtlәr ittifaqı) vә unitar (vahid) dövlәtdәn fәrqli olaraq F. ittifaq dövlәti adlandırılır. Müasir dünyada F.-lar nisbәtәn azdır, lakin onların arasında dünya birliyindә mühüm rol oynayan Rusiya, Almaniya, ABŞ, Kanada, Braziliya, Hindistan kimi dövlәtlәr var. F.-ların çoxunda federativ quruluşun әsasında yalnız әrazi amili dayanır vә dövlәt hәr hansı etnik, milli problemlәri hәll etmir. Lakin milli әrazi prinsipinә әsaslanan F.-lar da var. Bir çox F. müqavilә (mәs., 1922 ildә SSRİ), digәrlәri konstitusiya (mәs., RSFSR) әsasında yaradılmışdır. Bәzi F.-larda asimmetrikliyә rast gәlinsә dә (bax Asimmetrik federasiya), bununla belә federativ quruluşun әn mühüm prinsiplәrindәn biri F. subyektlәrinin bәrabәrhüquqlu olmasıdır.