FEDERATLAR (lat. foederati, foedus – ittifaq, müqavilә sözündәn) – 1) Qәdim Ro mada ilk dövrdә Roma ilә ittifaqda olan icmalar. Sonradan “F.” termini Roma imperiyası hüdudlarında xidmәt edәn vә sәrhәdlәri qoruyan barbar qruplarına da şamil olunurdu. Xidmәt müqabilindә F.-a maaş verilir vә mәskunlaşmaq üçün sәrhәdyanı әrazilәrdә yer ayrılırdı. F.-ın xidmәtindәn 2 әsrdәn etibarәn daha çox istifadә olunmağa başlamış, 4–5 әsrlәrdә geniş vüsәt almışdı.
2) Fransada Böyük Fransa inqilabını qorumaq üçün yaradılmış könüllülәrdәn ibarәt birlәşmәlәrin (federasiyaların) üzvlәri. Bu mәqsәdlә onlar әyalәtlәrdәn Parisә yollanırdılar. Marsel F.-ı daha çox mәşhur idilәr. Onlar Parisә inqilabi himni – “Marselyeza”nı gәtirmişdilәr. 1815 ildә “Yüz gün” dövründә xarici müdaxilәyә müqavimәt göstәrmәk vә Burbonlar monarxiyasının bәrpa olunmasına yol vermәmәk üçün yaradılmış könüllü dәstәlәrin üzvlәri, elәcә dә 1871 il martın 18-i әrәfәsindә “Respublika milli qvardiya federasiyası”nda birlәşmiş milli qvardiyaçılar, Paris Kommunasının (1871) müdafiәçilәri dә F. adlanırdılar.