FÉDINQ (ing. fading, fade - tədricən zəifləmək, yox olmaq) - radiodalğalar qəbul olunduqda siqnalın gücünün (səviyyəsinin) təsadüfi və ya dövri dəyişməsi. F., əsasən, radiodalğaların ionosferdən və troposferdən yayılması zamanı müşahidə olunur. Əksər hallarda F. radiodalğaların interferensiyası ilə izah edilir. F.-in qarşısını almaq üçün gücləndirməni avtomatik tənzimləyən qurğulardan, xüsusi antena və s.-dən istifadə edilir. Bax Radiodalğaların yayılması.