FEDÓSOV Yevgeni Aleksandroviç (d.14.5.1929, Moskva) – aviasiya texnikasını idarәetmә proseslәri sahәsindә rus alimi, REA- nın akad. (SSRİ EA akad., 1984), Sosialist Əmәyi Qәhrәmanı (1983). Lenin mükafatı (1976) vә RF-nin Dövlәt mükafatı (2001) laureatı. N.E.Bauman ad. Moskva Dövlәt Texniki Mәktәbini bitirmişdir (1952). Aviasiya Sistemlәri Dövlәt ETİ-dә mühәndis (1954–59), in-t rәhbәrinin müavini (1959–70), in-t rәhbәri (1970–2001), baş direktor (2001–06) olmuş, 2006 ildәn baş direktorun birinci müavinidir. 2009 ildә Rusiya Aviasiya Sәnayesi İttifaqının baş katibi seçilmişdir. Tәdqiqatları hәrbi tәyyarәlәrin (MiQ, Su, Tu, Yak) döyüş rejimlәrinin vә aviasiya silahlarının idarәetmә sistemlәrinin, “hava-hava” sinif raketlәrin yaradılması vә s. sahәdәdir. 250-dәn çox elmi әsәrin, o cümlәdәn 14 monoqrafiyanın müәllifidir. Lenin ordeni (1977, 1983) ilә tәltif edilmişdir.
Ə s ә r i: Полвека в авиации. Записки академика. М. Дрофа, 2004.