Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEDOTOV

    FEDÓTOV Pavel Andreyeviç (4.7.1815, Moskva – 26.11.1852, Peterburq) – rus boyakarı vә qrafiki, rus tәsviri sәnәtindә tәnqidi realizmin banisi. Zabit olarkәn vә istefaya çıxdıqdan (1844) sonra Peterburq Rәssamlıq Akademiyasında tәhsil almışdır (1834– 45). Yaradıcılığının erkәn dövründә (1840-cı illәrin ortalarınadәk) karandaş rәsmlәri, karikaturalar, akvarellә işlәnmiş batal sәhnәlәri, portret vә kompozisiyalar, yetkin dövründә (1840-cı illәrin sonunadәk) isә, әsasәn, yağlı boyalarla, tablolar seriyası çәkmişdir (“Tәravәtlәnmiş kavaler”, 1846; “Xaç suyuna salma”, 1847; “Tәlәbkar әrlik qız”, 1847; “Mayorun elçiliyi”,1848; hamısı Tretyakov qalereyasındadır, Moskva). F.-un kiçik hәcmli boyakarlıq portretlәri üçün bәdii tamlıq sәciyyәvidir (“Y.Q.Fluq”, tәqr. 1850; “N.P.Jdanoviç”, 1849; hәr iki әsәr Rus muzeyindәdir, S.-Peterburq). Yaradıcılığının son dövründә (1850–52) faciәvilik vә ümidsizlik hisslәri ilә aşılanmış obrazlar yaratmışdır (“Cavan dul qadın”, “Ankor, yenә dә ankor!”; hәr iki әsәr Tretyakov qalereyasındadır).

     Fedotov P.A. "Cavan dul qadın". 1852. Tretyakov qalereyası.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN