Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEXNER

    FÉXNER (Fechner) Qustav Teodor (19.4.1801, Prussiya, Muskau yaxınlığında Qros-Zerhen, indiki Polşa, Jarki-Velke – 18.11. 1887, Leypsiq) – alman fiziki, psixoloq, filosof, yazıçı-satirik (doktor Mizes imzasıyla çıxış etmişdir). 1817–22 illәrdә Leypsiq Un-tindә tәhsil almış, 1834–39 illәrdә un-tin fizika prof.-u olmuşdur. Bir çox cәhәtdәn F.V.Şellinqin tәliminә tәrәfdar çıxmış, onu panpsixizm ruhunda şәrh etmişdir. Psixi vә fiziki hadisәlәr arasında dәqiq, riyazi cәhәtdәn hesablanan asılılıq prinsipindәn çıxış edәrәk, psixofizikanın әsasını qoymuşdur. Duyğunun intensivliyinin qıcıqlandırıcının intensivliyinin loqarifminә mütәnasibliyi qanununu (E.H.Veber-Fexner qanununu) formulә etmişdir. “Psixofizikanın elementlәri” (“Elemente der Psychophysik”, Bd 1–2, 1860) әsәri ilә eksperimental psixologiyanın әsasını qoymuşdur. Eksperimental estetikanın (“aşağıdan” estetika, yәni fәlsәfi mühakimәlәrdәn deyil, tәcrübә vә induksiyadan yaranan estetika) banilәrindәn biridir.

    Ə s ә r l ә r i: Das Büchlein vom Leben nach dem Tode. 7. Aufl. Hamb., 1911; Die Tagesansicht gegenüber der Nachtansicht. 3. Aufl. Lpz., 1919; Nanna oder über das Seelenleben der Pflanzen. 5. Aufl. Lpz., 1921; Zend-Avesta oder über die Dinge des Himmels und des Jenseits. 5. Aufl. Lpz., 1922. Bd 1–2; Vorschule der Aesthetik. 3. Aufl. Lpz., 1925. Bd 1–2; Über die Seelenfrage: Ein Gang durch die sichtbare Welt, um die unsichtbare zu finden. 3. Aufl. Lpz., 1928.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN