FEİLİ XƏBƏR – ifadə vasitəsinə görə xəbərin iki növündən biri. F.x.-lər sadə və mürəkkəb olur. Sadə F.x.-lər feilin bütün növləri ilə ifadə edilir. Mürəkkəb F.x.-lərin birinci hissəsi müstəqil, ikinci hissəsi hissə köməkçi məna daşıyır. F.x.-lər müxtəlif məna və forma (əmr, xəbər, arzu, vacib, lazım, davam, şərt formaları) xüsusiyyətlərinə (əlamətləri) malikdir. Feilin ayrı-ayrı məna növləri xəbər rolunda öz məna xüsusiyyətlərini olduğu kimi saxlamaqla, predikativlik münasibətlərinin müxtəlif şəkildə meydana çıxmasına və cümlənin struktur cəhətdən adi quruluşuna müəyyən təsir göstərir.
Əd.: A b d u l l a y e v Ə., S e y i d o v Y., H ə s ə n o v A. Müasir Azərbaycan dili. Sintaksis. B., 2007.