FEL İosif İsayeviç (12.10.1905, Ukraynanın Xmelnitski vil., Slavuta ş. – 6.7.1983, Bakı) – Ukrayna vә Azәrb.-nın tibb alimi, gigiyenist. Tibb e.d. (1966), prof. (1967). Bakı Dövlәt Un-tinin tibb fakültәsini bitirmişdir (1928). Nuxa (indiki Şәki) ş.-nin uşaq poliklinikasında hәkim (1928–31), Bakı Qırmızı Aypara Cәmiyyәtindә sәdr müavini (1931–35), Bakı ş. 1 saylı xәstәxanada hәkim (1935–38) işlәmiş, 2 il hәrbi hәkim olmuşdur. F. 1940–45 illәrdә Azәrb. SSR Sәhiyyә komissarının müavini, eyni zamanda Tәxliyә hospitallar İdarәsinin rәisi olmuş, 1947 ildәn ömrünün sonuna kimi Azәrb. Dövlәt Tibb İn-tunun sosial gigiyena vә sәhiyyәnin tәşkili kafedrasında işlәmişdir (1965–98 illәrdә kafedra müdiri). Tәdqiqatları, әsasәn, tibbi-sanitar mәsәlәlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 100-dәn artıq elmi әsәrin müәllifidir.