FELDFÉBEL (alm. Feldwebel) – bir sira dövlәtlәrin ordularında baş unter-zabit rütbәsi (süvarilәrә aid deyildi). 15 әsrdә alman landsknext alaylarında tәsis edilmişdi. Rus ordusunda 17 әsrin ortalarından mәlum idi; 18 әsrin әvvәllәrindәn 1917 ilәdәk piyada, artilleriya vә mühәndis qoşunlarında mövcud olmuşdur. F. bәzi ölkәlәrin ordularında bölük komandirinin inzibati vә tәsәrrüfat mәsәlәlәri üzrә bilavasitә kömәkçisi, zabit yerindә olmadığı müddәtdә isә onun müavini sayılırdı. Süvari qoşunlarda, atlı artilleriya qüvvәlәrindә vә kazak qoşunlarında vaxmistr rütbәsinә uyğun idi.