FELDMÁRŞAL (alm. Feldmarschall) – bir sıra dövlәtlәrin quru qoşunlarında ali hәrbi rütbә; daha geniş yayılmış general-feldmarşal vә marşal rütbәlәrinә uyğundur. İlk dәfә 14 әsrdә Tevton ordenindә tәsis olunmuşdur. 16 әsrdә Müqәddәs Roma imperiyasında titul vә qoşun komandanı vәzifәsi kimi meydana gәlmiş, alman dövlәtlәrindә (Saksoniya, Bavariya, Hannover, Braunşveyq vә s.), 17 әsrdә Avstriya vә Rusiyada, 1736 ildә B.Britaniyada tәtbiq edilmişdir. Hazırda dünyanın 21-dәn çox ölkәsindә F. rütbәsi mövcuddur.