FELDŞPATOİDLƏR (alm. feldspat – çöl şpatı) feldşpatidlәr – alümosilikatlardan ibarәt mineral qrupu. Mühüm mineralları nefelin, lösit, analsim vә s. Adәtәn dәnәli aqreqatlar әmәlә gәtirir. F. üçün düzgün kristallar xarakterikdir. Sәrtliyi 5–6. Minerallarına qәlәvi tәrkibli maqmatik süxurlarda, hәmçinin bәzi peqmatitlәrdә, metasomatitlәrdә vә hidrotermal әmәlәgәlmәlәrdә rast gәlinir. Alüminium oksidi xammalı kimi (nefelin, lösit), zәrgәrlik mәmulatı daşları kimi (lazurit, sodalit) istifadә olunur.