FELDYEGER XİDMƏTİ – mәxfi vә xidmәti sәnәdlәrin qәbulunu, emalı vә tәyinatı üzrә çatdırılmasını hәyata keçirәn dövlәt rabitә xidmәti. Tәsisat vә müxtәlif adlar altında bir çox ölkәdә mövcuddur. İlk dәfә 1742 ildә Prussiya ordusunda tәsis olunmuşdur. Sonralar mülki idarә orqanlarında da F.x. tәtbiq edilmişdir. Azәrb. Resp.-nda 2004 ildә Nazirlәr Kabineti yanında Dövlәt Feldyeger Xidmәti yaradılmışdır.