FÉLİNQ (Fehling) German (9.6.1812, Lübek – 1.7.1885, Ştutqart) – alman üzvi kimyaçısı, texnoloq. Heydelberq Un-tini bitirmişdir (1837). Hisendә Y.Libixin laboratoriyasında işlәmişdir. Ştutqartda Ali Texniki Mәktәbin prof.-u (1839 ildәn) olmuşdur.
Əsas tәdqiqatları üzvi birlәşmәlәrin analizi vә identifikasiyasına hәsr olunmuşdur. Çoxәsaslı üzvi turşuları öyrәnmiş, paraldehid (1838), benzonitril vә suksinimid (1844) almışdır. Şәkәrlәri (monosaxaridlәri) tәyin etmәk üçün reaktiv (bax Felinq reaktivi) tәklif (1850) etmişdir. Texniki kimya sahәsindә mineral suların, aşılayıcı maddәlәrin, çörәkbişirmә proseslәrinin vә s. öyrәnilmәsi ilә mәşğul olmuşdur. Q.Kolbenin “Üzvi kimya dәrsliyi” (3c., 1854–77) kitabının bәzi fәsillәrinin işlәnib yazılmasında iştirak etmiş, mәşhur “Yeni stolüstü kimyәvi lüğәt”in redaktoru olmuşdur (1871 ildәn).