FELL – Cәnubi Pataqoniyada (Çili) Rio-Çiko çayı yaxınlığında qayaaltı arxeoloji abidә. Yaxınlığındakı fermanın sahibi C.Fellin şәrәfinә adlandırılmışdır. Amerika arxeoloqları C.Berd (1936, 1968–70), A.Lamen-Amperer (E m p e r e y r) (1952; 1959) tәrәfindәn aşkar vә tәdqiq olunmuşdur; Fell 1952 vә 1958 illәr arasında burada qazıntılar aparmışdır. 5 dövrü (“Magellan” adlandırılır, M.) müәyyәnlәşdirilmişdir. Eyni әnәnәyә mәnsub M.-1–3 dövrlәrinin tarixi radiokarbon üsulu ilә müәyyәn edilmişdir.
M.-1 dövrünә (10,8–10,2 min il әvvәl) aid tәbәqәdәn ocaqlar; daş әrsinlәr, bıçaqlar, F. tipli ucluqlar, çaydaşıdan alәtlәr, bola, sümük tiyәlәr vә s.; quanako, at, nәhәng әrincәk sümüklәri aşkar edilmişdir. M.-2 dövrünә (10–8,5 min il әvvәl) sümük ucluqlar, bizlәr, daş әrsinlәr vә s. aiddir. M.-3 dövrü (8,5–6,5 min il әvvәl) daş әrsinlәr, üçbucaqlı kiçik ucluqlar vә bola (ehtimal ki, quş ovu üçün) ilә tәmsil olunur. M.-4 dövrünә (M.-3 ilә M.-5 arasında qısamüddәtli dövrlәr) aid tәbәqәdә çadır tipli evlәrin qalıqlarına rast gәlinmişdir; ölülәr arxası üstә uzadılmış vәziyyәtdә dәfn edilmişdir; saplaqlı ucluqlar, әrsinlәr, digәr daş (o cümlәdәn iri bola) vә sümük alәtlәr, muncuqlar; çox sayda quanako sümüklәri tapılmışdır. M.-5 dövrünә (13–19 әsrlәr) aid tәbәqәdәn onalara (hindi tayfası) mәxsus ucluqlar vә digәr kiçik daş mәmulatlar, sümük daraqlar, muncuqlar aşkarlanmışdır.
“Balıq quyruğu”na bәnzәr daş ucluqlar, 5–9 sm uzunluqda olan bifaslar (ing. Fell 1 point) F. tapıntılarına (M.-1) görә adlandırılmışdır. Onlar 11–9,5 min il әvvәl Cәnubi vә Mәrkәzi Amerikaya yayılmışdır. Mütәxәssislәrin çoxu onları Pleystosen faunası ovçularının çevik qrupları tәrәfindәn qitәnin ilkin mәnimsәnilmәsi ilә әlaqәlәndirirlәr.