FELLER Uilyam (Vilyam) (7.7.1906, Zaqreb – 14.1.1970, Nyu-York) – Amerika riyaziyyatçısı, ABŞ Milli EA üzvü. Zaqreb Un-tini bitirmişdir (1925). Göttingen Un-tinin fəlsəfə doktoru (1926). 1950 ildən Prinston Un-tinin (ABŞ) prof.u. Əsas elmi işləri ehtimal nəzəriyyəsinə və onun genetikada, fizikada, iqtisadiyyatda tətbiqinə aiddir. O, ehtimal nəzəriyyəsinin limit teoremləri və diffuz təsadüfi proseslər nəzəriyyəsi sahəsində bir sıra əhəmiyyətli nəticələr almışdır. Ehtimal nəzəriyyəsinə aid dünyada tanınmış dərsliyin müəllifidir.
Ə s ə r i: Введение в теорию вероятностей и её приложения. 2 изд., т. 1–2, М., 1967.