FELLODERMA (yun. φελλός – mantar qabıq, mantar + ...derma) – bitkidә peridermanın tәrkib hissәsi. Bir, yaxud çoxqatlı canlı parenxim hüceyrәlәrindәn ibarәtdir; mantar kambisinin (fellogenin) differensiasiyasının әlavә mәhsulu kimi formalaşır vә mantar kambisini qidalandırma funksiyası daşıyır.