FELYANLAR (Feuillants) – Böyük Fransa inqilabı (1789–94) dövründә Parisdә yaradılmış (1791, iyul) siyasi klubun üzvlәri. Adı,iclaslarını keçirdiklәri yerlә (Felyan monastırı) bağlıdır. Yakobin klu- bunun tәrkibindәn çıxmış konstitusiyalı- monarxiya tәrәfdarlarından vә liberal zadәgan nümayәndәlәrindәn ibarәt F.-ın görkәmli rәhbәrlәri M.J.Lafayet, A.Barnav, A.J.F.Düpor, A. vә Ş.Lamet qardaşları, Ş.M.Taleyran vә b. idilәr. Müәssislәr mәclisinin F.-dan olan tәqr. 260, elәcә dә Qanunverici mәclisin tәqr. 160 deputatı respublika quruluşuna qarşı çıxır, konstitusiyalı monarxiya rejimini möhkәmlәndirmәyә çağırırdılar. Monarxiya devrildikdәn (1792, 10 avqust) sonra F.-ın fәaliyyәtinә son qoyuldu.