FELZER Oleq Yefimoviç (4.11.1939,Bakı – 4.4.1998, Nyu-York) – bəstəkar. 1966 ildə Azərb. Dövlət Konservatoriyasını (kompozisiya üzrə Ə.C.Hacıyevin sinfini) bitirmiş və həmin ildən musiqi nəzəriyyəsi kafedrasında dərs demişdir. 1989 ildən ABŞ-da yaşamış və çalışmışdır. Yaradıcılığının əsasını kamera əsərləri təşkil etmişdir: violin, alt, fp., orqan üçün solo sonatalar; Azərb. kvarteti; İ.Takubokunun sözlərinə 5 tanka (qısa mahnı). 1933 ildə Zabul muğamının mövzuları əsasında simfoniya yazmışdır; əsər ilk dəfə 1966 ildə ABŞ-da (dirijor C.Saks), 2008 ildə isə Bakıda (dirijor V.Runçak) ifa olunmuşdur.