FÉMA (yun. θέμα) – Bizans imperiyasında ilk vaxtlar (7 әsr) hәrbi bölmәlәr, sonralar (8 әsrdәn) inzibati-әrazi qurumları. Hәrbi bölmә kimi stratiotlardan tәşkil olunan F.-ya stratiq, yaxud drunqari başçılıq edirdi. Ərәb istilalarından sonra F.-lara müәyyәn әrazilәr tәhkim olunmuşdu. 8 әsrin ortalarında F. qәti olaraq 6 –7 әsrlәr ekzarxatlarının (Ravenna, Afrika) davamı kimi inzibati-әrazi vahidinә çevrilmişdi. Əvvәllәr 4, sonra isә 5 F. mövcud idi: Kiçik Asiyada Anatolik, Armeniak, Opsiki vә Frakisi, Avropada Frakiya. Sonrakı әsrlәrdә F. sistemi imperiyanın bütün әrazisinә yayılmış, F.-ların özü isә parçalanmağa başlamışdı. Struktur 11–12 әsrlәrdә tәnәzzül etsә dә, qalıqları Bizans imperiyasının süqutunadәk mövcud olmuşdur. Əvvәllәr F.-da bütün hәrbi vә mülki hakimiyyәt stratiqә mәxsus idi, lakin sonralar paralel olaraq mülki administrasiya (F. hakimlәri vә pretorlar) meydana gәlmişdir. Sadә vә çevik tәşkilati forma kimi F. 7–9 әsrlәrdә әrәblәrin hücumlarını dәf etmәkdә Bizansa yardım etmişdir.