FEMİDA (Θέμις, yiyәlik halı Θέμιδος) – yunan mifologiyasında әdalәt mühakimәsi ilahәsi, titanida. Uran vә Heyanın qızı. Hesioda görә, F. Zevsin 2-ci qanuni arvadı, ilin fәsillәri ilahәlәri Horaların (İrena – “Sülh”, Dike – “Ədalәt”, Evnomiya – “Xeyirli qanunçuluq”) vә tale ilahәlәri Moyraların (Laxesis – “Püşkverәn”, Kloto – “Toxuyan”, Atropos – “Qaçılmaz”) anasıdır. Hesiodun digәr versiyasına görә, Moyralar Gecәnin törәmәliridir. F. öncәgörmә vergisnә malik idi. Geya özünә mәxsus olan Delfia orakulunu F.-ya bağışlamış,. F. onu bacısı Febaya, o da öz növbәsindә Apollona ötürmüşdür. F. vә Dike hәmişә Zevsi müşayiәt etmişlər.