Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEMİNİZM

    FEMİNİZM (lat. femina – qadın sözün dәn) – cinsi mәnsubiyyәtә görә diskriminasiyalara qarşı qadın hәrәkatlarının ümumi adı. İlk feminist ideyaların meydana gәlmәsi fransız yazıçısı Pizalı Kristinanın (“Qadınlar şәhәri haqqında kitab”, 1405), elәcә dә 15 әsr italyan yazıçısı Laura Çeretanın adları ilә bağlıdır. Artıq 1775–83 illәrdә Şimali Amerikada istiqlaliyyәt müharibә gedişindә qadınlara kişilәrlә bәrabәr seçki hüququnun verilmәsinә dair tәlәblәr sәslәndirilirdi (Mersi Uorren, Abigeyl Smit Adams vә b.). İlk mütәşәkkil feminist çıxışları Böyük Fransa inqilabı dövrünә tәsadüf edir. 1791 ildә fransız yazıçısı vә ictimai xadimi Olimpia de Quj “İnsan vә vәtәndaş hüquqları bәyannamәsi” әsasında hazırladığı “Qadın vә qadın vәtәndaşların hüquqları bәyannamәsi”ni Milli konventә tәqdim etdi. Qadınların sosial vә siyasi bәrabәrhüquqluğunun tanınmasını tәlәb edәn bәyannamә Konvent tәrәfindәn qәbul olunmadı, 1793 ildә de Quj edam edildi. F.-in ideologiya kimi Avropada yaranma tarixi şәrti olaraq ingilis yazıçısı Meri Uolstonkraftın “Qadın hüquqlarının müdafiәsi” (1792) kitabının nәşrindәn hesablanır. “F.” termini ilk dәfә Ş.Furye tәrәfindәn 1837 ildә tәtbiq edilmişdir. Feminist nәzәriyyәlәr kişi-qadın bәrabәrsizliyinә qadınların tәhsili vә maariflәndirilmәsi yolu ilә son qoyula bilәcәyini irәli sürәn sosial-fәlsәfi konsepsiyaların inkişafı ilә möhkәmlәnirdi.

     Fenisit hәrәkatların tarixindә 1-ci, 2-ci vә 3-cü dalğa fәrqlәndirilir.

    F.-in b i r i n c i   d a l ğ a s ı  (19 әsrin ortaları – 20 әsrin әvvәllәri) qadınların seçki vә digәr hüquqları uğrunda mübarizәyә, onların hüquqi vә sosial mәhdudiyyәtlәrdәn azad olunması vә kütlәvi şәkildә ictimai sferaya cәlb edilmәsinә yönәlmişdi. 1948 ilin iyulunda Nyu-York ştatının Seneka-Folz ş.-ndә “bütün kişilәr vә qadınlar bәrabәr yaradılmışlar” şüarı altında keçirilәn vә F.-in “birinci dalğası”nın başlanğıcı sayılan qurultayda qadın vәtәndaşlara hüquqların verilmәsinә dair “Hisslәr bәyannamәsi” qәbul edildi. 

    Liberal-reformist F. bәyannamәsi kimi bu, ABŞ vә dünya F.-i tarixindә dönüş nöqtәsi oldu. Liberal F.-ә qarşı K.Marks vә F.Engels tәrәfindәn әsası qoyulan, sonradan sosialist vә marksist F.-i kimi tanınan hәrәkat inkişaf etdi. Marksist F.-inin ideya әsasını tәşkil edәn “Ailәnin, xüsusi mülkiyyәtin vә dövlәtin mәnşәyi” (1884) әsәrindә Engels qadın әsarәtini xüsusi mülkiyyәtlә әlaqәlәndirir, qadın subordinasiyasını sinfi istismarın bir forması kimi qiymәtlәndirir, kişi-qadın münasibәtini proletariat-burjuaziya münasibәti ilә müqayisә edirdi.

    Qadınların seçki hüququ uğrunda sufrajizm (ing. suffrage – seçki hüququ) kimi tanınan mübarizәhәrәkatının әsas mәrkәzlәri 19 әsrin 2-ci yarısında İngiltәrә vә ABŞ idi. 1951 ildә İngiltәrәdә seçki hüququ uğrunda mübarizә aparan qadınların ilk daimi qrupu – “Şeffild Assosiasiyası” yaradıldı. 1867 ildә C.S.Millin qadınlara kişilәrlә bәrabәr seçki hüququnun verilmәsinә dair irәli sürdüyü tәklif rәdd edilsә dә, müxtәlif şәhәrlәrdә sonradan “Qadın seçki hüququ cәmiyyәtlәrinin milli birliyi”ndә birlәşmiş ayrı-ayrı cәmiyyәtlәr yarandı.

    20 әsrin әvvәllәrindә çoxluq tәşkil edәn sosialist feministlәr Almaniyada geniş nüfuza malik idilәr. Başlıca nümayәndәlәri F.A.Bebel (“Qadın vә sosializm”, 1878) vә “Bәrabәrlik” (“Die Gleichheit”, 1891 ildә tәsis olunmuşdur) jurnalının baş redaktoru K.Setkin qadınların kişilәrdәn ayrı mübarizәsinin lüzumsuzluğu ideyasından çıxış edirdilәr.

    1915 ildә “Sülh vә azadlıq uğrunda beynәlxalq qadınlar liqası” yaradıldı. 1918– 41 illәrdә yenidәn fәallaşan feminist hәrәkatlar, әsasәn, siyasi bәrabәrhüquqluluq uğrunda mübarizә aparırdılar. Bir sıra ölkәdә qadınlara sәsvermә hüququnun verilmәsi ilә digәr ölkәlәrdә sufrajistlәrin fәaliyyәti daha da güclәndi. Müsәlman ölkәlәri arasında ilk dәfә qadınlara seçki hüququ 1918 ildә Azәrb.-da verildi. Ümumiyyәtlә isә Avropa vә Şimali amerikanın bir sıra ölkәsindә 19 әsrin sonu – 20 әsrin birinci yarısında qadınlar seçki hüququnu әldә etdikdәn sonra feminist hәrәkatında tәnәzzül baş verdi.

    F.-in i k i n c i  d a l ğ a s ı (1960-cı illәrin sonu – 1980-cı illәr) – Qәrbdәki intellektual vә ictiami-siyasi qadın hәrәkatı, әsasәn, cinsi әlamәtә görә diskriminasiyaya qarşı mübarizәyә vә qadın muxtariyyәtinin tәsdiqinә (o cümlәdәn özәl hәyat sahәsindә) istiqamәtlәndi. Qadın hәrәkatı “qadın azadlıq hәrәkatı”ına çevrilәrәk, müxtәlif formalar aldı. 1970–80-ci illәrdә F.-in inkişafı bir sıra ölkәnin qanunvericiliyindә düzәlişlәr edilmәsi, akademik fәnn kimi (bax Gender antropologiyası, Gender sosiologiyası, Gender psixologiyası) gender araşdırmalarının meydana gәlmәsi, bir çox beynәlxalq tәşkilatda, o cümlәdәn BMT-dә qadınların müdafiәsinә yönәlmiş proqramların işlәnib
    hazırlanması ilә nәticәlәndi.

    F.-in ü ç ü n c ü  d a l ğ a s ı (1980-ci illәrin sonu – 1990-cı illәrin әvvәlindәn başlayaraq) qloballaşma vә transmillilәşmә proseslәri ilә bağlıdır vә özündә postmüstәmlәkә, konstruktivist, postmodernist vә digәr cәrәyanları ehtiva edir. Bu mәrhәlәdә “qadınlıq” anlayışının müxtәlif cәmiyyәtlәrdә fәrqli mәdәni vә sosial mәzmunda olduğu vurğulanır vә F.-in nәzәri modellәrinin müxtәlifliyi qәbul edilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN