Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEMİSTOKL

    FEMİSTÓKL (Θεμιστοκλῆς) (tәqr. e.ә.525 – e.ә. 459, Maqnesiya) – Afina siyasi xadimi vә yunan-İran müharibәlәri dövrünün sәrkәrdәsi. Likomidlәr aristokrat nәslinin yan qoluna mәnsubdur. E.ә. 490-cı illәrdәn Afinada demokratik qruplaşmanın lideri olmuşdur. E.ә. 493 ildә F.-un arxonteponim olduğu dövrdә Pireydә hәrbi gәmi dayanacağının tikintisinә başlanılmışdı. E.ә. 480-ci illәrdә özünün әsas siyasi rәqibi Aristidin ostrakizm yolu ilә ölkәdәn qovulmasına nail olaraq Afinada hakim mövqeyini möhkәmlәndirmişdi. E.ә. 482 ildә afinalıları Lavrion mәdәnlәrinin gümüş hasilatından әldә olunan gәlirlәri Yunanıstanda әn iri donanmanın (200 triyera) yaradılmasına sәrf etmәyә inandırmışdı. E.ә. 481 ildә Əhәmәnilәrә qarşı mübarizә aparmaq mәqsәdilә Ellin ittifaqının yaradılmasının tәşәbbüskarlarından biri olmuşdur. E.ә. 480 ildә I Kserksin Yunanıstana yürüşü zamanı strateq seçilmişdi. Sürgün edilmişlәrin vәtәnә qaytarılması haqqında qәrarın qәbul edilmәsinә vә bütün Afina sakinlәrinin şәhәrdәn tәxliyәsinә nail olmuşdu. Salamin vuruşmasında (e.ә. 480) yunanların qәlәbәsindә hәlledici rol oynamışdır. E.ә. 479 ildә şәhәr istehkamlarının bәrpasının sürәtlәndirilmәsi Spartanın narazılığına sәbәb olmuşdu. E.ә. 470-ci illәrdәn Afinada tәdricәn nüfuzunu itirmiş, e.ә. 470 ildә ostrakizmә mәruz qalmışdır. Arqosda sürgündә olarkәn F. Spartanın vә siyasi düşmәnlәrinin tәşәbbüsü ilә Əhәmәnilәrin xeyrinә xәyanәtdә ittiham olunaraq qiyabi şәkildә ölüm hökmünә mәhkum edilmişdi. Kerkiraya, sonra Epirә, Makedoniyaya, İoniyaya qaçmışdır. Əhәmәni hökmdarı I Artakserksin yanında sığınacaq tapmış F.-a Kiçik Asiyadakı 3 yunan polisinin (Maqnesiya, Lampsakvә Miunt) idarәçiliyi hәvalә olunmuşdu. Bәzi mәlumatlara görә, yunanlara qarşı müharibәdә Əhәmәnilәrә yardımçı olmaq istәmәdiyinә görә intihar etmişdir. F.-un siyasi fәaliyyәti Afina demokratiyasının inkişafına, Afina dövlәtinin dәniz qüdrәtinin әsası olan donanmada avarçәkәn Afina yoxsullarının mövqeyinin möhkәmlәnmәsinә şәrait yaratmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN