FEN YULÁN, F e n Ç j i ş e n (4.12.1895, Xenan әyalәti, Tanxe qәzasının Siiçjen qәs.– 26.11.1990, Pekin) – Çin filosofu, müasir neokonfusiçiliyin nümayәndәsi. Şanxay (1912–15), Pekin (1915–18) vә ABŞ-da Kolumbiya (1919–23) un-tlәrindә tәhsil almış, ABŞ-da C.Dyuinin rәhbәrliyi altında doktorluq dәrәcәsi almışdır (1923). Çinә qayıtdıqdan sonra Kayfın, Quançjou vә Pekindә elmi-pedaqoji fәaliyyәt göstәrmiş, Pekindә Sinxua Un-tinin prof.-u (1928 ildәn) olmuşdur. 1933–34 illәrdә Avropaya vә SSRİ-yә sәyahәt etmiş, qayıtdıqdan sonra Qomindana daxil olmuşdur.
Müasir elmi standartlara cavab verәn ilk “Çin fәlsәfәsi tarixi”nin (1–2 c., 1931–34) müәllifidir. “Sarsılmaz vә ilkin olan haqqında altı kitab”da (1939– 46; “Prinsip haqqında yeni tәlim”, “İşlәr haqqında yeni mülahizәlәr”, “Dünyanın yeni tәsviri”, “İnsan başlanğıcına yeni müraciәt”, “Dao-Yolun başlanğıcına yeni müraciәt”, “Bilik haqqında yeni söz”) konfusiçiliyi daosizm vә çan-buddizmlә, Çen İ – Çju Sinin neokonfusiçiliyini isә neorealizm vә mәntiqi pozitivizmlә sintez edәn “prinsip haqqında yeni tәlim”lә çıxış etmişdir (bax Analitik fәlsәfә). İnsan mövcudluğunun 4 sәviyyәsini ayırmışdır: tәbii, utilitar, әxlaqi vә kosmik (universal). Fәlsәfәnin din üzәrindә әnәnәvi üstünlüyünü Çinin Qәrb üzәrindә ruhani üstünlüyü hesab edir, “gәlәcәyin ümumdünya fәlsәfәsi”ni isә Çin mistisizmi ilә Qәrb rasionalizminin birlәşmәsi kimi görürdü.