Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FEN YUYSYAN

    FEN YUYSYÁN (6.11.1882, Çin, Çjili әyalәti, Sinszi – 1.9.1948, Krım, Yalta yaxınlığında) – Çin hәrbi vә siyasi xadimi. Li Xunçjanın Xuay ordusunda (1896, digәr mәlumata görә 1893 ildәn), Yuan Şikayın Beyyan ordusunda (1902 ildәn) xidmәt etmişdir. 1911 ildә inqilabçılara qoşulmuş, Sinxay inqilabının qәlәbәsindәn sonra hәrbi xidmәtә (briqada komandiri) qayıtmışdır. 1914 ildә xristianlığı qәbul etmişdir. Yuan Şikayın imperator olmaq cәhdinә qarşı çıxmış, Çjan Sünün monarxist qiyamının (1917) yatırılmasında iştirak etmiş vә Çjili güruhunun nüfuzlu hәrbi sәrkәrdәlәrindәn biri olmuşdur. Çjili-Anxoy müharibәsindә (1920) qәlәbәdәn sonra gen. rütbәsi almış, Şensi әyalәtinin gen.-qubernatoru vәzifәsini tutmuşdur. İkinci Çjili-Fıntyan müharibәsinin hәlledici anında Çjili güruhuna xәyanәt etmiş (1924, oktyabr) vә noyabrda Pekini tutaraq Pu İni imperator sarayından qovmuşdur. 1925 ilin oktyabrında başlamış Fıntyan әleyhinә müharibә Milli xalq ordusu (Qominszyun) üçün uğursuz olmuş vә 1926 ilin yanvarında F.Y. paytaxtı tәrk edәrәk SSRİ-yә qaçmışdır. Şimal yürüşünün (1926–27) başlamasından sonra vәtәnә qayıdaraq Qomindana daxil olduğunu vә öz qoşunlarının Milli inqilabi ordu ilә birlәşdiyini elan etmişdir. 1927 ilin aprelindә Çan Kayşinin tәrәfinә keçmişdir. 1928 ilin oktyabrında Çan Kayşi tәrәfindәn İcraedici yuanın sәdri vә hәrbi nazir vәzifәlәrinә tәyin olunmuşdur. 1930 ilin mart–oktyabr aylarında Çan Kayşi hakimiyyәtinә qarşı çıxan Qomindanın sol qanadının lideri Van Szinveyә qoşulmuşdur. İkinci dünya müharibәsindәn sonra ABŞ-a getmiş, Çan Kayşi rejiminin qatı düşmәni kimi çıxış etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN