FENANTREN − kondenslәşmiş aromatik karbohirogen:
Rәngsiz kristal maddә; tәr 101°C, suda hәll olmur, efirdә, benzolda, xloroformda, sirkә turşusunda hәll olur; mәhlulu mavi rәngli flüoressensiyaya malikdir. Elektrofil әvәzetmә (halogenlәşmә, nitrollaşma, sulfolaşma vә s.) reaksiyaları xarakterikdir. Hidrogen, halogenlәr vә s. C9 − C10 rabitәsi ilә asan birlәşir. Hidrogenlәşmiş F. skleti bir çox tәbii birlәşmәlәrin (alkaloidlәrin, terpenlәrin, steroidlәrin vә s.) quruluşunun әsasını tәşkil edir. F.-i adәtәn daş kömür qatranının antrasen fraksiyasından ayırırlar. Partlayıcı maddәlәrin stabilizatoru vә tüstü tәrkiblәrin komponenti kimi bәzi boyaların istehsalında istifadә olunur. Zәhәrlidir, hemoqlobinin miqdarını azaldır, leykositoz törәdir.