Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENÇUSUN

    FENÇUSÚN – indiki Fençusun k. (Çin, Şensi әyalәti, Sişan qәzası) әrazisindә e.ә. 11–8 әsrlәrә aid saray-mәrasim kompleksi. Qazıntılar 1976–77 illәrdә aparılmışdır. E.ә. 10 әsrin әvvәlinәdәk Qәrbi Çjou dövlәtinin yaranması әrәfәsindә vә başlanğıcında çjou hökmdarlarının iqamәtgahı; rәsmi falabaxma yeri (orakul); e.ә. 8 әsrәdәk mәbәd olmuşdur. Çindә mәlum olan qapalı malikanәlәrdәn (sıxeyuan) әn qәdimidir. Planda oxlarla dünyanın dörd tәrәfinә istiqamәtlәnmiş düzbucağa oxşardır. Döyәclәnmiş torpaq platforma üzәrindәki mәrkәzi zal (sah. 1469 m2) saxsı borular vә daş novlardan ibarәt drenaj sistemi olan ön vә 2 arxa hәyәt tәsәrrüfat vә yaşayış otaqlarından ibarәt üstüörtülü qalereya ilә әhatәlәnmişdi, c.-da isә qarşısında ekran-divar olan qapı var idi. Yan otaqlardakı iki çaladan az sayda öküz sümüyü vә 17500-dәn çox falçılıqda istifadә edilәn tısbağa çanağı (Qәrbi Çjouda mәlum olanların, demәk olar ki, hamısı), o cümlәdәn üzәrindә qurbanvermә, ov, hәrbi yürüşlәr haqqında yazılı qeydlәr olan tәqr. 270 çanaq tapılmışdır. Ən qәdim Çin falçılıq külliyyatı “Çjou i” (“İ szin”) heksoqramlarına uyğun gәlәn vә hәr biri 6 elementdәn (rәqәmdәn) ibarәt işarәlәr qrupu aşkar edilmişdir.

      Fençusun. Qrafik rekonstruksiya (Yan Xunsuna görə).

    F.-un yaxınlığında, Şan (İn) sülalәsinin devrilmәsindәn vә Çjou sülalәsinin yaradılmasından әvvәl çjouların paytaxtı olmuş Si ilә әlaqәlәndirilәn 33 km2-lik sahәdә (Çjouyuan adlı yerdә) evlәr, istehsalat meydançaları, mәzarlıqlar, tunc qablardan ibarәt dәfinәlәr vә s. tәdqiq edilmişdir; kompleks sonralar da, Fenxao ilә yanaşı mövcud idi.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN