Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENEK

    FENEK (Vulpes zerda) – canavarlar fәsilәsinin tülkü cinsindәn mәmәli. Digәr tülkülәrdәn xırda ölçülәri vә uz. 15 sm-әdәk olan çox iri qulaqları ilә fәrqlәnir. Süysününün hünd. 22 sm-әdәk, bәdәninin uz. 40 sm-әdәk, quyruğu 30 sm-әdәk, kütlәsi 1,5 kq-adәk olur. Tükü uzun vә sıxdır; üst tәrәfdәn kürәnәçalan, yaxud açıq-sarı, qarın tәrәfdәn ağdır; quyruğunun ucu qaradır. Şimali Afrikada, c.-a doğru Nigerә, Çad vә Sudana qәdәr yayılmışdır. Ot cәngәlliklәrinin vә seyrәk kolluqların bitdiyi qumlu sәhralarda mәskunlaşmışdır. Gecәlәr fәaldır. Ailә qrupları (10 fәrdә qәdәr) halında yaşayır. Sığınacaqları heyvanların özlәrinin qazıdıqları vә bir neçә ailәnin yaşaya bilәcәyi çoxçıxışlı yuvalardır. Sәs kommunikasiyası yaxşı inkişaf etmişdir. Xırda onurğalılarla, yumurtalarla, cücülәrlә, cәmdәklә, bitkilәrin yeraltı hissәlәri vә meyvәlәrlә qidalanır. Uzun müddәt susuz dolana bilir. Yem ehtiyatı görür. Monoqamdırlar. İldә bir dәfә çoxalır. 2–6 bala doğur; cinsi yetişkәnliyә 6 aydan sonra çatır. F. ekzotik ev heyvanı kimi saxlanır. Tәbiәtdә 14 ilәdәk yaşayır. BTMİ-nin Qırmızı siyahısına görә növün vәziyyәti tәhlükәli deyildir.

      Fenek (Vulpes zerda).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN