Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENXAO

    FENXÁO – Qәrbi Çjou dövlәtinin paytaxtı; indiki Sian ş. әrazisindә mövcud olmuşdur. Fen adı ilә e.ә. 11 әsrin ortalarında Fen (Fenşuy) çayının sol sahilindә salınmışdır; sonralar çayın sağ sahilindә Xao ş. salınmış vә sah. 17 km2-dәn çox olan birlәşmiş F. şәhәri yaranmışdır. Qazıntılar 1950-ci illәrdәn, әsasәn, F. әtrafında aparılmışdır. Yarımqazma vә yerüstü evlәr, döyәclәnmiş torpaq platforma üzәrindә binalar (o cümlәdәn sah. 1800 m2-dәn çox; kirәmitlә örtülmüş damları, çirkli suların axıdılması üçün saxsı novçaları olan), su vә tәsәrrüfat quyuları, dulus kürәlәri, nәqqaşlıq emalatxanaları vә s. tәdqiq edilmişdir. Geniş mәzarlıqlarda ölülәr, әsasәn, arxası üstә taxta tabutlarda dәfn olunmuşdur; çox vaxt çıxıntılı (burada insan qurbanlarına tәsadüf edilir), içәrisindә qurbanvermә (itlәrin) çalaları [Şan (İn) әnәnәlәri üçün sәciyyәvidir] olan mәzarlar, nadir hallarda çappa qәbirlәr; dәhliz-dromoslarında sökülmüş vәziyyәtdә bir neçә döyüş arabası olan iri mәzar (M 157); döyüş arabaları ilә birlikdә atların, hәmçinin qurbanlıq atların, yaxud öküzlәrin dәfn edildiyi çalalar aşkarlanmışdır. Çoxsaylı materialın tәdqiqi nәticәsindә regionun Son Tunc dövrü xronologiyasının dәqiqlәşdirilmәsi üçün etalonlar müәyyәnlәşdirilmişdir. E.ә. 8 әsrin әvvәllәrinә aid tunc әşyalardan ibarәt dәfinәlәr F.-nun e.ә. 771 ildә junlar tәrәfindәn işğalı ilә әlaqәlәndirilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN