FÉNİKS (Phoenix) – Sakit okeanda 8 atoldan ibarәt arxipelaq; Polineziyanın mәrkәzi hissәsindә, ekvator yaxınlığındadır (2° 45′ – 4° 45′ c.e.-lәri vә 170° 40′ – 174° 35′ q.u.-ları arasındadır). Kiribati dövlәtinin tәrkibinә daxildir. Sah. 28 km2. Əh. tәqr. 1000 nәfәrdir (2003). Ən böyük atollu Kanton (Abaririnqa) a.-dır. Sәthi kokos palmaları vә kolluqlarla örtülüdür. Kanton a.-nda arxipelaqın inz.m. yerlәşir; aeroport var.