Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENİKS

    FENİKS (yun. φοίνιζ) – antik müәlliflәrin tәsvir etdiklәri sehrli quş. Herodot F. barәdә Misirdә eşitdiyi hekayәti nәql etmişdir. Xarici görünüşünә görә F. qartala bәnzәyir; tüklәri qızılı-qırmızıdır. F. Misirә Ərәbistandan 500 ildә bir dәfә uçub gәlir, özü ilә әtirli qatrandan düzәldilmiş yumurtada ölmüş atasının cәsәdini gәtirir vә Heliopolda Heliosun mәbәdindә basdırır. Ovidiyә görә, quşa F. adını aşşurlular qoymuşlar. F. buxur vә amoma bitkisinin şirәsi ilә qidalanır. Yaşı 500-ә çatanda palma ağacının başında özünә yuva qurur, ora әtirli maddәlәri yığır vә ölür. Ölmüş atanın cәsәdindәn yenidәn doğulan körpә F. yuvanı Heliopola aparır. Tasit eramızın 34 ilindә F.-in Misirә qayıtması haqqında xәbәr verir vә qeyd edir ki, bәzilәrinә görә, F. 1461 il yaşaya bilir. Gәnc F. atasının cәsәdinin qalıqlarını Misirә gәtirir vә Günәşә hәsr olunmuş qurbangahda yandırır. Daha sonrakı dövrә aid әsәrlәrdә F.-in özünü yandırandan sonra yenidәn küldәn doğulması haqqında süjet meydana gәlmişdir (mәs., Nonna Panopolitanlının “Dionisin әmәllәri” әsәrindә, b.e. 5 әsri). F. Şәrq xalqlarının mifologiyasında Ənqa vә Simurq quşuna uyğun gәlir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN