FENİLALANİN (2-amin-3-fenilpropionat turşusu, β-fenil-α-alanin) − әvәzolunmayan aromatik aminoturşusu. L-F. demәk olar ki, bütün zülalların (protaminlәrdәn başqa), somatostatinin vә enkefalinlәrin tәrkibinә daxildir, orqanizmlәrdә sәrbәst halda rast gәlinir. F. dofamin, melaninlәrin, adrenalinin vә noradpenalinin sintezinin mәnbәyidir. D-F. qalığı qramitsidin vә bir çox digәr pepid antibiotiklәrin komponentidir.
F-nin hidrooksidlәşmәsindәn tirozin әmәlә gәlir; bu reaksiyanı kataliz edәn fermentin sintezinin genetik şәrtlәnmiş pozulması, fenilketonuriyaya gәtirib çıxarır. F. bitkilәrin biosintezindә fenilpiroüzüm turşusu әsas rol oynayır. F.-nin qalığı şirinlәşdiricilәrin tәrkibinә daxildir.