Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENİLƏR

    FENİLƏR (ing. fenians, irlandca fianna) – orta әsrlәrdә İrlandiyada kişilәrin әsgәri ittifaqının üzvlәri; çox vaxt cәmiyyәtin klan sistemindәn kәnarda çıxış edirdilәr. Ədәbiyyatda әfsanәvi sehrkar-qәhrәman Finn Mak-Kumhaylın (İrlandiya әnәnәsinә görә, 3 әsrdә yaşamışdır) drujinasının üzvlәri olan F. haqqında “feni silsilәsi” (ilkin mәtnlәri 7 әsrә aiddir) daha mәşhurdur. Finn, onun oğlu Oysin (Ossian) vә F.-lәr haqqında hekayәlәr orta әsrlәrdә (11–12 әsrlәrdәn) vә erkәn Yeni dövrdә mәşhur olmuş, 18 әsrdә Avropa әdәbiyyatına mühüm tәsir göstәrmiş C.Makfersonun әdәbi mistifikasiyası olan “Ossian poemaları”nın әsasını tәşkil etmişdir. 19 әsrin ortalarından İrlandiyanın müstәqilliyi uğrunda ingilislәrә qarşı çıxış edәn bir sıra gizli inqilabi tәşkilatların üzvlәri özlәrini F. adlandırmışlar (bax Fenilәr hәrәkatı).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN