FENİLƏR HƏRƏKATI – 19 әsrin ortaları – 20 әsrin әvvәllәrindә İrlandiyanın müstәqilliyi uğrunda çıxış edәn bir sıra gizli inqilabi tәşkilatların ümumi adı. İrlandiya konfederasiyası üsyanının (1848) mәğlubiyyәtindәn sonra ölkәdәn qaçmış linqvist-keltşünas C.O’Mahoni (1816–77) 1858 ildә Nyu-Yorkda әfsanәvi irland qәhrәmanı Finn Mak-Kumhaylın drujinaçılarının şәrәfinә adlandırılan Fenilәr qardaşlığını yaratmışdı. Elә hәmin il Dublindә O’Mahoninin silahdaşı C.Stivensin (1825 – 1901) yaratdığı gizli İrlandiya Respublikaçılar Qardaşlığının (İRQ) üzvlәri dә tezliklә fenilәr adlanmağa başladı. 1860 – 70-ci illәrdә İRQ tәşkilatları İrlandiyada, B.Britaniyada, hәmçinin ABŞ, Kanada, Avstraliya vә s. ölkәlәrdә yaşayan irland mühacirlәri arasında yayılmışdı. F.h.-nın әsas mәqsәdi gizli hazırlanan silahlı üsyan yolu ilә müstәqil İrlandiya Resp.-nı yaratmaq idi. İrlandiyanın müxtәlif qraflıqlarında fenilәrin dağınıq üsyanları (1867 ilin martında) mәğlubiyyәtә uğramışdı. Amerika fenilәri B.Britaniyanı ABŞ-la müharibәyә tәhrik etmәk vә bununla da İrlandiyanın özündә mübarizә üçün әlverişli şәrait yaratmaq mәqsәdilә 1860-cı illәr – 1870-ci illәrin әvvәllәrindә dәfәlәrlә ABŞ-dan Kanada әrazisinә silahlı hücumlar tәşkil etmişdilәr. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә İRQ üzvlәrinin bir hissәsi İrlandiyanın müstәqilliyi uğrunda mübarizә aparan digәr tәşkilatlara keçmişdi. İRQ üzvlәri İrlandiya üsyanında (1916) iştirak etmişdilәr. F.h. 20 әsr – 21 әsrin әvvәllәrindә fәaliyyәt göstәrmiş İrlandiya respublika ordusu ekstremist tәşkilatının sәlәflәrindәn biri sayılır.