FENİLİZOSİANAT – aromatik izosianatların әn sadә nümayәndәsi, C6H5N=C=O; kәskin iyli rәngsiz mayedir, tqayn. 161,7°C; aproton üzvi hәlledicilәrin çoxunda hәll olur. Spirtlәrlә feniluretanlar C6H5NHCOOR, ammonyak vә ya aminlәrlә karbamid törәmәlәri әmәlә gәtirir, suyun tәsirindәn anilin vә CO2-ә qәdәr parçalanır. Fosgenin anilinlә reaksiyasından alınır. Uretanların, herbisidlәrin vә s. sintezindә tәtbiq edilir. F. çox zәhәrlidir; gözün vә tәnәffüs yollarının selikli qişasını qıcıqlandırır.