FENİTLƏR – leykokrat metasomatik süxurlar. Qәlәvi siyenitlәrinin növ müxtәlifliyidir. Qәlәvi çöl şpatları (70–90%) vә egirindәn (5–25%) ibarәtdir. Tәrkibindә az miqdarda qәlәvi hornblend, titanit, apatit, bәzәn kalsit dә olur. Qneys vә ya qranitoidlәrin qәlәvi vә ya karbonatit intruziyaları ilә tәmas zonasında fenitlәşmә prosesi nәticәsindә әmәlә gәlir. F.-ә ilk dәfә Fön r-nunda (Norveç) rast gәlinmişdir.