FENN (Fenn) Con Bennett (15.6.1917, Nyu-York – 10.12.2010, Virginiya ştatı, Riçmond) – Amerika fiziki kimyaçısı, ABŞ MEA-nın üzvü (2003). Nobel mükafatı laureatı (2002,K.Tanaka ilә birlikdә). Kentukkidә Beria Kollecindә (bakalavr, 1937) vә Yel Un-tindә (fәlsәfә doktoru, 1940) tәhsil almışdır. Prinston (1952–67), Yel (1967–94 illәrdә prof.; 1987 ildәn әmәkdar prof.) un-tlәrindә vә Riçmondda Virginiya Birlik Un-tindә (1994–2010) işlәmişdir.
Biomakromolekulların tәdqiqi üçün elektrospreyin kömәyi ilә yumşaq ionlaşmadan (quruluşu dağılmadan) istifadә etmәklә kütlә-spektrometriya üsulunu işlәyib hazırlamışdır (1984). Əczaçılıq preparatlarının işlәnib hazırlanmasında, qida mәhsullarında zәrәrli maddәlәrin analizindә vә s. istifadә üçün universal üsuldur.