Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENOL-FORMALDEHİD QATRANLARI

    FENOL-FORMALDEHİD QATRANLARI – sintetik qatranlar; fenolların (әsasәn fenolun) formaldehidlә vә ya onun törәmәlәri ilә polikondenslәşmәsindәn alınan oliqomer, yaxud polimer mәhsullar. F.-f.q. 1907–09 illәrdә ixtira edilmiş vә birinci dәfә “bakelit” (amerikalı kimyaçı L.Bakelandın adından götürülmüşdür) adı ilә buraxılan ilk sәnaye qatranlarındandır. F.-f.q.-nın tәrkibi, quruluşu vә xassәlәri ilkin komponentlәrin nisbәti vә sintezin şәraiti ilә (mühit, katalizatorun tәbiәti vә miqdarı, temp-r vә s.) müәyyәn edilir.

    Qәlәvi mühitdә formaldehidin artığında reaksiyaqabiliyyәtli (termoreaktiv) metilolfenollar vә (vә ya) oliqomer metilol törәmәlәr әmәlә gәlir. Rezol qatranı (rezol) adlanan alınan mәhsul (molekul kütlәsi 400–1000) tәrkibindә reaksiyayagirmәmiş metilol qrupları saxlayır vә 60–70°C-yәdәk qızdırdıqda axıcı hala keçir. Rezolun qızdırılması polikondenslәşmәnin davam etmәsi ilә müşayiәt olunur ki, bu da mәhsulun molekul kütlәsinin artmasına vә şaxәli quruluşun әmәlә gәlmәsinә gәtirib çıxarır; alınan polimer (rezitol) özlü-axıcı hala keçmәk vә hәlledicilәrdә şişmәk qabiliyyәtini saxlayır. Bәrkimә dәrәcәsi artdıqca axıcılıq vә şişmә qabiliyyәtinә malik olmayan reaksiya mәhsulu (rezit) alınır. Turş mühitdә fenolun artığında metilol qrupları saxlamayan vә formaldehid vә ya digәr reaksiyaqabliyyәtli maddәlәr (bәrkidicilәr) daxil edilmәdikdә sonradan polikondensenslәşmә reaksiyalarına girmәyәn termoplastik xәtti oliqomerlәr ‒ novolak qatranı (molekul kütlәsi 600–1300) әmәlә gәlir. F.-f.q. rәngi açıq-sarıdan tünd-qәhvәyiyә qәdәr dәyişәn özlü vә ya şüşәyәbәnzәr maddәlәrdir; qәlәvilәrin sulu mәhlullarında, fenollarda, spirtlәrdә, ketonlarda vә d. polyar hәlledicilәrdә hәll olur. Bәrkimiş rezol vә novolak F.-f.q. sәrt, kövrәk, istiyәdavamlı polimerlәrdir.

    F.-f.q.-nın üstünlüklәri: aşağı qiymәt, ilkin xammal әlçatandır, qatranların sintezinin texnoloji prosesi vә onların modifikasiyası sadә, praktiki olaraq bütün materiallarla uyğunlaşmasını tәmin edәn yüksәk islatma, hopma vә hәllolma qabiliyyәtlidir, kimyәvi inert, bәrkimiş halda istiyә vә odadavamlıdır. Çatışmazlıqları: sintez zamanı istifadә edilәn ilkin komponentlәr zәhәrlidir, әtraf mühitә zәrәrli tәsir göstәrәn böyük miqdarda istehsal tullantıları әmәlә gәlir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN