Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENOLLAR 

    FENOLLAR – molekulunda nüvәnin karbon atomları ilә birlәşmiş bir vә ya bir neçә hidroksil qrupu saxlayan aromatik birlәşmәlәr. OH-qruplarının sayına görә bir- (fenol, krezollar), iki- (pirokatexin, rezorsin, hidroxinon) vә çoxatomlu (piroqallol vә s.) F. ayırd edilir. Politsiklik F. kondenslәşmiş (naftollar, fenantrollar, antrollar vә s.) vә ya izolә olunmuş benzol halqaları (mәs., difenilolpropan) saxlaya bilәr.

    F. kәskin sәciyyәvi iyli rәngsiz vә ya rәngli kristal, yaxud amorf maddәlәrdir; etanolda, dietil efirindә, asetonda yaxşı, benzolda, suda qismәn hәll olur; zәhәrlidir; zәif turşulardır, qәlәvilәrlә duzları – fenolyatları әmәlә gәtirir; OH-qrupu üzrә alkillәşәrәk sadә efirlәri, karbon turşuları, onların anhidridlәri vә xlor anhidridlәri ilә mürәkkәb efirlәri әmәlә gәtirir; molekulda OH qrupunun mövcud olması nüvәdәki H atomlarının orto- vә para- vәziyyәtlәrdә elektrofil әvәzolunmasını (halogenlәşmә, nitrolaşma, sulfolaşma, Fridel-Krafts reaksiyası üzrә alkillәşmә) asanlaşdırır. F. karbonil birlәşmәlәrlә kondenslәşәrәk fenol-formaldehid qatranlarını әmәlә gәtirir, asan oksidlәşir, xromofor reagent FeCl3 ilә intensiv rәnglәnir (mәs., fenol, rezorsin vә a-naftol – bәnövşәyi; krezollar, hidroxinon – tünd göy; b-naftol vә pirokatexin – yaşıl).

    F. vә onun törәmәlәri oduncaqda, torfda, kömürdә, neft qalıqlarında var. Sәrbәst F.-a canlı tәbiәtdә az rast gәlinir, onun törәmәlәri bitkilәrdә antosianlar, flavonoidlәr, tanninlәr, liqninlәr vә s. şәklindә geniş yayılmışdır. F.-ı daş kömür qatranından ayırırlar; aromatik karbohidrogenlәrin oksidlәşmәsindәn, arilhalogenidlәrin hidrolizindәn, aromatik sulfoturşuların qәlәvi ilә әridilmәsindәn, aromatik aminlәr vә diazonium duzlarından alınır. Ən çox fenol, ikiatomlu fenollar, bisfenol A, naftollar istehsal olunur. F. fenol-aldehid qatranları, poliamidlәr, poliarilatlar, epoksid qatranları, boyaq maddәlәri, antioksidantlar, bakterisidlәr vә pestisidlәr, dәrman vasitәlәri, sәthi-aktiv maddәlәr, rezin vә kauçuk stabilizatorları, yanacaqlar üçün aşqarların, dәriaşılayıcıların vә s. istehsalnda istifadә olunur.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN