FENOMENALİZM – idrakın fenomenlәrlә (hadisәlәrlә) mәhdudlaşdığını tәsbit edәn fәlsәfi konsepsiya. Burada hәm fiziki fenomenlәr (gerçәk, yaxud mümkün qavrayış obyektlәrinin mәcmusu), hәm dә şüur fenomenlәri (özünümüşahidә, yaxud introspeksiya obyektlәri) nәzәrdә tutulur. Arxasında dayanan hansısa reallığın inkarından (Ş.Renuvye, E.Max, H.Fayhinger vә b.), yaxud “özündә şey”in varlığının tәsbit, dәrkinin isә inkar edilmәsindәn (İ.Kant, O.Kont, H.Spenser, A.Şopenhauer,E.Hartman vә b.) asılı olaraq F. iki formada çıxış edә bilәr.