Azərbaycan Milli Ensiklopediyası
IX CİLD (FEDİNQ - EMİN)
    FENOMENOLÓGİYA 

    FENOMENOLÓGİYA (hәrfәn – fenomenlәr haqqında tәlim) – 20 әsr fәlsәfәsindә әsas cәrәyanlardan biri. Banisi E.Husserl, bilavasitә sәlәflәri F.Brentano vә K.Ştumpf olmuşlar.

    Fәlsәfәdә “F.” terminini ilk dәfә 18 әsrdә alman filosofu İ.Lambert hәqiqәt nәzәriyyәsinә qarşı “görüntü nәzәriyyәsi” mәnasında (“Yeni orqanon”, 1764), müxtәlif mәnalarda İ.Q.Herder, İ.Kant, İ.Q.Fixte, G.V.F.Hegel (“şüur tәcrübәsi haqqında elm” kimi “ruhun fenomenologiyası”) vә Ç.Pirs işlәtmişlәr. Husserl F.-nı şüur haqqında fundamental elm – şüur aktlarının vә şeylәrin özünün onların öz-özünә açıqlanmasında vә tәzahürlüyündә ortaya çıxan aşkarlığı vә hәqiqәti haqqında tәlim kimi tәqdim edir.

    Geniş fәlsәfi hәrәkat olan F.-nın hәlә erkәn mәrhәlәsindә E.Husserlin fәlsәfәsinә müncәr edilmәyәn tәmayüllәr – M.Şelerin vә M.Haydeggerin tәlimlәri meydana çıxmışdı. F.-nın mәnbәlәrindәn biri filosof vә psixoloqların Münxen dәrnәyi – T.Lippsin şagirdlәri (İ.Daubert, A.Raynax, A.Pfender, D.Hildebrand, T.Konrad, X.Konrad-Martius vә b.) tәrәfindәn Husserlin “Mәntiqi tәdqiqatlar”ına göstәrilәn maraq idi. Onlardan bәzilәri 1905– 08 illәrdә Husserlin dәrs dediyi Göttingenә köçmüş, Raynax isә onun assistenti olmuşdur. Münxen-Göttingen qrupunun problematikası F.-nın ontoloji problematikaya meyilli realist qanadının әsasını qoydu. Raynax vә Daubert C.Ostinin kәşflәrini qabaqlayan mülahizә vә “sosial aktlar” nәzәriyyәsi üzәrindә işlәmişlәr. F. Almaniyada bir neçә nәsil tәdqiqatçıları әtrafında birlәşdirmiş, Husserlin keçmiş assistentlәri O.Fink vә L.Landqrebe onun mövqeyinin möhkәmlәnmәsindә böyük rol oynamışlar. Ən çox tanınan F. mәrkәzlәri 1970-ci illәrdә Vuppertalda (K.Held vә L.Tengeli) vә Boxumda (B.Vandenfels) yaranmışdı. F. İsveçrәdә İ.Kern, E.Hölenştayn vә E.Marbaxla tәmsil olunur.

    20 әsrin әvvәllәrindә Rusiyada E.Husserl ideyalarının davamçıları yarandı (N.O. Losski, S.L.Frank, Q.Q, Şpet, B.V.Ya- kovenko, A.F.Losev vә b.). Fransada F.-nın tәşәkkülündә iki mәrhәlәni ayırmaq olar: J.P.Sartr, M.Merlo-Ponti, P.Rikör, M.Düf- ren, A.Kamyu vә E.Levinasın adları ilә bağlı olan 1930 –50-ci illәr vә M.Anri, J.Derrida, M.Rişar, J.L.Marion, A.Maldine vә b.-nın adları ilә bağlı olan müasir mәrhәlә. Husserlin tәlәbәlәri R.İnqarden vә Y.Patoçka F.-nı Polşa vә Çexiyada yaydılar. A.Şüts, M.Farber, A.Qurviç vә D.Kerns F.-nın ABŞ-da tanınmasında böyük rol oynadılar. F. Kanada, Meksika, Yaponiya, Çin vә Asiyanın digәr ölkәlәrindә, Latın Amerikası, Avstraliya vә CAR-da da yayılmışdır. Dünyanın bir çox ölkәsindә fenomenoloji cәmiyyәtlәr vә tәdqiqat mәrkәzlәri fәaliyyәt göstәrir. 2002 ildә Beynәlxalq Fenomenoloji Mәrkәzlәr Tәşkilatı yaradılmışdır.

    Fenomenoloji metod psixologiya vә psixiatriyada (A.Pfender, F.Beytendeyk, L.Binsvanger, V.Frankl, R.D.Leynq, E.Ştraus), etikada (M.Şeler vә D.Hildebrand), estetikada (M.Qayger, R.İnqarden, M.Düfren), hüquq vә sosiologiyada (A.Raynax, E.Ştayn, A.Şüts), din fәlsәfәsindә (M.Şeler, K.Stavenhagen, J.Gerinq), ontologiyada (A.Raynax, X.Konrad-Martius, R.İnqarden, O.Fink), riyaziyyat vә tәbiәtşünaslıq fәlsәfәsindә (O.Bekker), tarix vә metafizikada (L.Landqrebe, Y.Patoçka) tәtbiq edilmişdir. Ekzistensializm, personalizm, fәlsәfi hermenevtika vә digәr cәrәyanlar F.-dan tәsirlәnmişdir. 

    Əsas ideyalar vә metod. İnsanın mövqe vә mәqsәdlәrini dәyişmәk qabiliyyәtinin radikallaşması F.-nın nәzәriyyә vә metod kimi ilkin çıxış nöqtәsidir: E.Husserldә bu, fәrdi seyretmәdәn mahiyyәt seyretmәsinә, adi vә ya tәbii mәqsәddәn fenomenoloji, yaxud refleksiv (fenomenoloji reduksiya xarici tәcrübә predmetlәrinin mövcudluğuna dair bütün ehtimalların, “transsendental reduksiya” isә öz şüurunun psixoloji reallıq kimi mötәrizәyә alınması) mәqsәdә keçid imkanı, M.Haydeggerdә – qeyri-hәqiqi varlıq üsulundan hәqiqi varlıq üsuluna keçid imkanı, gündәlik mövcudluğun qeyri-müәyyәnliyinin “qәtiyyәt”ә transformasiyası, M.Şelerdә – müşahidәdәn dünya ilә bilavasitә yaşanan tәmasa keçid, J.P.Sartrda – insanın әzәli keyfiyyәti vә ağır yükü kimi seçim azadlığı, M.Merlo-Pontidә – sağlam düşüncә vә elm ehkamçılığından dünyada subyekt kimi öz Mәninә keçid imkanıdır.

    Əsas ideya: insan şüuru vә varlıq qapalı sahәlәr deyil, lakin mәnanın reallaşmasının fundamental layihәlәridir. Fenomenoloji metod prinsipial olaraq deskriptivdir, ona tәcrübәdә reallaşmayan istәnilәn ilkin şәrtlәrdәn kәnarlaşma xasdır; tәdqiqat predmeti şeylәr haqqında nәzәriyyәlәr, yaxud mülahizәlәr deyil, geniş mәnada şeylәrin özü olmalıdır.

    F.-nın predmeti insan dünyasının rәngarәng fenomenlәridir, onları görmәk vә tәsvirini vermәk imkanı şüurun özündәn vә insan varlığından qaynaqlanır: şüur vә refleksiya, zaman vә hәyәcan, mülahizә vә idrak, sevgi vә nifrәt, iradә vә istәk, qorxu vә vicdan, hәrәkәt vә seçim, azadlıq vә ölüm, cismanilik vә mәkan vә s. Psixi fenomenlәr (F.Brentano), şüurun intensionallığı (E.Husserl), şәxsiyyәt ruhani akt kimi (M.Şeler), dünyada varlıq (M.Haydegger), qavrayış vә cismanilik (M.Merlo-Ponti), insan reallığı (J.P.Sartr) әsas fenomenoloji tәlimlәrin ilkin anlayışlarıdır. Fәlsәfәnin hәqiqi metodunun tәbiyyat elmlәri metodundan fәrqlәnmәmәsi haqqında Brentano tezisini Husserl xarici tәcrübәyә müraciәt edәn tәbiәtşünaslıqdan fәrqli olaraq, fәlsәfәnin ciddi elm kimi daxili tәcrübәyә әsaslanması konsepsiyasında reallaşdırdı.

    M.Haydeggerin fenomen, hadisә vә görüntü arasında müәyyәnlәşdirdiyi fәrq F.-nın predmetini dәqiqlәşdirir; hadisә mahiyyәtә yönlәndirdiyi, görüntü isә özlüyündә nә olduğunu göstәrmәdiyi halda, fenomen “özünü özündә özü ilә göstәrәn” kimi xarakterizә edilir. Olduğu kimi qavranılan olan, mülahizәnin vә ya arqumentasiyanın hәqiqiliyinә, yaxud yanlışlığına әminlik, yaşanan emosional vәziyyәtlәr mahiyyәtcә fenomenlәrdir; onlar müncәr edilmir vә aid olduğu predmetlәrdәn, yaxud şәraitdәn çıxarılmır. 

    F. әnәnәvi olaraq qarşı-qarşıya qoyulan “özündә hәqiqәtlәr”i (ideal, zamandankәnar predmetlәri) vә mütlәq zamanlı şüur axınını birlәşdirir. F.-da zaman obyektiv zaman kimi deyil, şüurun [zaman hәyәcanların daxili fazalarının sintezi kimi (Husserl)] özünün vә varlığın [zaman özündәki әzәli “özündәnkәnar” kimi; gәlәcәk indini, keçmişi vә gәlәcәyi birlәşdirәn ekzistensial zamanın mümkünlüyü kimi (Haydegger)] zamanlılığı, temporallığıdır. Zamanlılıq şәxsiyyәtin daxili tarixiliyinin (Husserl), “dünyada varlığ”ın tarixiliyinin (Haydegger) әsasıdır.

    Hәqiqәtin ontoloji anlamı F. üçün prinsipialdır. Hәqiqәt predmetin öz-özü ilә eyniyyәti, “hәqiqәt mәnasında varlıqdır”: “hәqiqi dost”, “işlәrin hәqiqi vәziyyәti” vә s. Şüur aktı strukturu da hәqiqi ola bilәr. Aşkarlıq hәqiqәtin meyarı qismindә bәzi mülahizәlәri müşayiәt edәn xüsusi hiss deyil, düşünülәn vә seyredilәnin üst-üstә düşmәsi yaşantısıdır. M.Haydeggerdә varlığı açan hәqiqәt insanın varlıq üsulunun özündәn doğur vә bu varlıq “açıqlıq” kimi sәciyyәlәnir.

    İntersubyektivlik probleminin qoyuluşu vә hәlli variantlarının fәrqliliyi filosofların ilkin vәzifәlәrindәki fәrqliliyә uyğun gәlir. M.Şeler üçün bu vәzifә etika vә sosiologiyanın әsaslandırılmasıdır. Şelerә görә, hәr bir fәrdin şüurunda ümumilik mövcuddur: “Yalnız Mәn Bizin üzvü deyil, Biz dә Mәnin zәruri üzvüdür”.

    E.Husserlin ilkin problemi ümumidә dәrk vә özünüdәrk obyektivliyinin әsaslandırılmasıdır. Başqa insan (mәhz onun sayәsindә bizim üçün yad tәcrübә mümkündür) bizә, әvvәla, tәbiәt obyekti kimi deyil, başqa Mәnә mәxsus olan cisim-bәdәn, öz cismini “içdәn”, psixi idarә edәn kimi, ikincisi isә, öz mәna dünyasını bәrqәrar edәn vә yenә dә başqalarını, o cümlәdәn mәni dünyanın obyektlәri vә subyektlәri kimi müәyyәnlәşdirәn subyekt kimi verilmişdir. Hәr iki halda Başqanın tәcrübәsi birbaşa әlçatan deyil, o, mәnim subyektivliyimin analogiyası ilә müәyyәn olunur. Müstәqil konstitutiv sistemlәrә mәxsus alәmlәrin kәsişmәsi hamı üçün ümumi olan dünyanı yaradır. Yadın vә Başqanın tәcrübәsi sayәsindә solipsizm dәf edilir vә “monadalar”ın (müstәqil müşahidәçilәr vә fәaliyyәtdә olanlar) iyerarxiyalı birliyi mümkün olur ki, burada da idrakın obyektivliyinin müxtәlif dәrәcәsi reallaşır.

    M.Haydeggerin ilkin çıxış nöqtәsi gündәlik hәyatda birgә varlıqdır (Mitsein); bu adiliyi aşmaq üçün hәm fәrdin, hәm dә xalqın hәr hansı funksional münasibәtlәrdәn asılı olmayan hәqiqi varlıq üsulunu müәyyәnlәşdirәn radikal individuasiya (fenomenoloji reduksiyanın analoqu) zәruridir.

    J.P.Sartrın vә E.Levinasın ilkin çıxış nöqtәlәri Mәn vә dünyanın tәşkilindә Başqanın üstünlüyü, Başqa ilә Mәn münasibәtlәrinin idrak sferası hüdudlarından kәnara çıxan xarakteridir (Sartrda ontoloji, Levinasda etik). Sartrda bu münasibәt azadlığın qarşılıqlı mәhdudlaşdırılması kimi münaqişә, yәni fәrqli olmaq imkanıdır. Bu, Başqanın mәni obyektә çevirәn görüşündә reallaşır, bu zaman Mәn Başqanı subyekt qismindә qavrayıram. Müvafiq olaraq, Başqa mәnim nәzәrimdә obyektә çevrilәrәk, mәni subyekt kimi müәyyәnlәşdirir. Başqaya münasibәt Başqa ilә münasibәtdәn, yәni “Biz” münasibәtindәn daha әvvәl gәlir.

    E.Levinasda Başqa özünün mütlәq fәrqliliyini üz-üzә vәziyyәtindә açır; Şәxsә münasibәt asimmetrikdir, rәqabәt deyildir, lakin әmәllәri nә olursa-olsun, başqa insana qarşı münasibәtdә insanı fәrdilәşdirәn mәsuliyyәtdir (“istәnilәn Başqa tәkrarolunmazdır”). Başqaya qayğı göstәrmәk, Başqaya üstünlük verә bilmәk bacarığı mütlәq dәyәr vә ilkin etik münasibәtdir.

    F.-nın variantları ilk növbәdә “insan – şüur – varlıq” fundamental dairәsinin ilkin tәsviri ilә fәrqlәnir. E.Husserl üçün bu, tәbii mәqsәd, “hәyati alәm” vә transsendental subyektivlik, M.Şeler üçün şәxsiyyәt, hiss vә dәyәrlәr iyerarxiyası, M.Haydegger üçün varlıq haqqında sual qoyan insan “dünyada varlığ”ı, J.P.Sartr üçün dünyanın magik dәyişdirilmәsi kimi emosiya, P.Rikör üçün iradә, “şüurun bәdәndә, bәdәnin şüurda reinteqrasiyası”dır. Şüur haqqında fenomenoloji tәlimdә müxtәlif mәnayaratma üsullarının (obyektin mәkan-zaman vәziyyәtinin әn sadә fiksasiyasından tutmuş ideal predmetlәrin müşahidәsinә qәdәr, qavrayışa ilkin refleksiyadan tutmuş mәdәniyyәtin mәna әsaslarına qәdәr) son hәdd imkanları üzә çıxarılır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
FEDİNQ – EMİN